Sosial şəbəkədə biz:

Yuliya Timoşenko: "Ukraynanı dünyanın gözü qarşısında biabır edirlər"

09 December 2017, 16:37
Gündəm
"Batkivşina" partiyasının lideri Yuliya Timoşenko bildirib ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynanın prezidenti Pyotr Poroşenkonun göstərişi ilə saxlanılıb. Bu barədə o öz “feysbuk” səhifəsində yazıb. "Mən anlayıram ki, Mixail Saakaşvilini baş prokuror, məhkəmə, yaxud istənilən başqa hüquq-mühafizə strukturu həbs etməyib. Onu məhz siz həbs etdirdiniz", — deyə Timoşenko vurğulayıb. O, Ukrayna prezidentindən "verdiyi bütün komandaların ləğvini və Saakaşvilinin dərhal azadlığa buraxılmasını” tələb edib. O, Poroşenkonu həmçinin "Ukraynanı bütün xalqın və dünyanın gözündə biabır etməməyə" çağırıb.Virtualaz.org