Sosial şəbəkədə biz:

"Formula 1" üzrə ilin ən yaxşı ötmə manevri Bakıda qeydə alınıb - VİDEO

10 December 2017, 10:05
Gündəm

"Formula-1" üzrə ilin ən yaxşı ötmə əməliyyatı Azərbaycanda qeydə alınıb.

AzVision.az xəbər verir ki, "Formula-1" rəsmi“Twitter” səhifəsində yerləşdirilən məlumata görə, Azərbaycan Qran-prisində "Red Bull" komandasının avstraliyalı pilotu Daniel Rikkardonun etdiyi ötmə əməliyyatı 2017-ci ilin ən yaxşısı seçilib. Qeyd edək ki, Rikkardo Bakı trekində eyni vaxtda üç rəqibini ötməyi bacarıb. Avstraliyalı pilot ümumi hesabda 200 bal toplayaraq “Formula-1” pilotları arasında 5-ci yer tutub.