Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Belçika kampda ölən azərbaycanlının meyitini yandırmaq istəyir: ailəsi köməksiz qalıb-Fotolar
Belçika kampda ölən azərbaycanlının meyitini yandırmaq istəyir: ailəsi köməksiz qalıb-Fotolar
10 December 2017, 10:29
Gündəm
Belçikadan sığınacaq istəyən azərbaycanlı ailə başsız qalıb. AzEuroNews.com-un məlumatına görə, Belçikadakı qaçqın kampında qalan İbrahimovlar ailəsinə ağır itki üz verib. Belə ki, ailənin başçısı Elçin İbrahimov rəhmətə gedib.
Mərhum Elçin İbrahimov
Meyitin Azərbaycana göndərilməsi üçün pul istəyən Belçika hökumətinin bu istəyi qarşısında hazırda kampda qalan mərhumun xanımı Aytən İbrahimova və iki azyaşlı uşağı çarəsiz duruma düşüb.
Saytımıza verilən məlumata görə, Belçika hökuməti mərhum Elçin İbrahimovun meyitinin Azərbaycana göndərilməsi üçün 4 min avro pul istəyir. Məbləğin 500 avrosunu ödəməyi dövlət öz üzərinə götürüb. Tələb olunan məbləğ verilməsə meyit yandırılacaq.
Ailəsi isə mərhumun Azərbaycanda dəfn olunmasını istəyir. Artıq “facebook”da ailəyə kömək üçün pul toplanılmasına başlanılıb.