Sosial şəbəkədə biz:

Bakıda ticarət mərkəzində bədbəxt hadisə - 28 yaşlı gənc öldü

11 December 2017, 09:23
Gündəm
Paytaxtda ticarət mərkəzində lift təmiri zamanı 28 yaşlı işçi ölüb. “Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalıb. 28 yaşlı gənc yerindəcə keçinib. Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.