Sosial şəbəkədə biz:

Böyük Britaniya “Breksit”ə görə 35-39 milyard funt sterlinq ödəyəcək

11 December 2017, 21:41
Gündəm
Böyük Britaniya Avropa İttifaqından çıxmaq üçün quruma 35-39 milyard funt sterlinq ödəyəcək. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib. “Ödəniş məbləği artıq müəyyən edilib. Hesablamalara görə, söhbət 35-39 milyard funt sterlinqdən gedir”, deyə T.Mey qeyd edib. Eyni zamanda Mey bildirib ki, ödənişlə bağlı məsələlər Avropa İttifaqı ilə geniş müzakirə çərçivəsində müzakirə ediləcək Qeyd edək ki, 23 iyun 2016-cı ildə Böyük Britaniyada Avropa ittifaqından çıxmaqla (Brexit) bağlı referendum keçirilib. Bu il martın 29-da Böyük Britaniya rəsmən ölkənin Avropa İttifaqından çıxma prosesinə başlayıb. Lissabon razılaşmasının 50-ci maddəsinə əsasən Böyük Britaniya 2 il müddətində, 29 mart 2019-cu ilə qədər Avropa İttifaqını tərk etməlidir.