Sosial şəbəkədə biz:

Qayınata ərinə xəyanət edən gəlinini güllələdi

12 December 2017, 10:56
Gündəm
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində qısqanclıq zəminində qətl hadisəsi baş verib. Report-un məlumatına görə, 1993-cü il təvəllüdlü M.A. Xanağa qızı qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib. Bunu bilən A.M-in qayınatası gəlinini qoşalülə tüfəngi ilə başından güllələyərək qətlə yetirib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.