Sosial şəbəkədə biz:

Yaxın 2-3 gündə ölkədə hava şəraiti sabit keçəcək

12 December 2017, 11:01
Gündəm
“Azərbaycanda ərazisində yaxın 2-3 gündə hava şəraiti sabit keçəcək”. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, dekabrın 13-14-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: “Lakin bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Şərq küləyi üstünlük təşkil edəcək”.