Sosial şəbəkədə biz:

Azərbaycanla Rusiya hərbi-əməkdaşlıqla bağlı müzakirəyə başladı – FOTO

12 December 2017, 20:16
Gündəm
Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir. Azinforum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, plenar iclasdan əvvəl iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. İki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər. Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq.