Sosial şəbəkədə biz:

“Bazarstore”da bədbəxt hadisə: Adam öldü

13 December 2017, 20:50
Gündəm
“Bazarstore” marketində 34 yaşlı qadın keçinib.
Ölkə.Az xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Bazarstore” supermarketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb. Mağazanın işçisi, 1983-cü il təvəllüdlü Səidə Atababayeva ürək çatışmazlığından dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə aparılıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb.