Sosial şəbəkədə biz:

Azay Quliyev seçiciləri ilə görüşüb - Fotolar

14 December 2017, 22:13
Gündəm

Dekabrın 14-də Milli Məclisin deputatı Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

Azay Quliyev seçicilərinin əmlak, məşğulluq, hüquq, əfv, mənzil-kommunal məsələləri ilə bağlı müraciətlərini dinləyib və müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edib. Azay Quliyev bildirib ki, seçicilərin qaldırdığı məsələlər və üzləşdiyi problemlər daim onun diqqət mərkəzindədir və səlahiyyətləri çərçivəsində onların həlli məqsədilə müvafq addımlar atılacaq.