Qonşu qadınını təhqir edən kişi həbs edildi- KÜRDƏXANIDA
Kürdəxanı sakini İslamov Ruhulla Fətəli oğlu qonşusunun şikayətindən sonra 15 sutka həbs edilib.
Məlum olub ki, Ruhulla İslamov öz qonşusu olan Mirzəyeva Nuranə Hərif qızını mütəmadi olaraq hədələyərək təhqir edir. Qadının Sabuçu polis bölməsinə şikayətindən sonra R. İslamov məhkəmənin qərarı ilə 15 sutka müddətinə həbs edilib.