Sosial şəbəkədə biz:

Vətəndaşlar rabitəyə 800 milyon manat xərcləyib

17 December 2017, 11:59
Gündəm
2017-ci ilin yanvar-noyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1552,9 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6 faizi əhali tərəfindən istehlak olunub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşüb. Dövlət Statistika Komitəsindən AZƏRTAC–a bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 50,2 faizi və ya 779,7 milyon manatı mobil telefon rabitəsinin payına düşüb.