Sosial şəbəkədə biz:

TİKİNTİ ŞİRKƏTİNİN RƏHBƏRİ HƏBS OLUNDU - Vəkili ilə birlikdə…

17 December 2017, 15:58
Gündəm
“Yeni Yasamal “ MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, şirkət rəhbəri Yasamal rayonu , M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir. Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb. Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.