Sosial şəbəkədə biz:

Lavrov və Zərif Bakıya gəlir

19 December 2017, 10:55
Gündəm
Dekabrın 20-də Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan – İran - Rusiya xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.