Sosial şəbəkədə biz:

Naxçıvanda Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi yaradıldı – Təyinat

19 December 2017, 20:27
Gündəm
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov MR-nın Dini Qurumlarla İş üzrə İdarəsinin əsasında Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Fərmanla Naxçıvan MR-nın Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi haqqında Əsasnamə və agentliyin strukturu da təsdiqlənib. Vüqar Babayev yeni yaradılan Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru təyin edilib/APA.