Sosial şəbəkədə biz:

DGK "Sədərək" və "Binə"də əməliyyat keçirib - VİDEO

20 December 2017, 20:45
Gündəm
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, idarə əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" və "Binə" ticarət mərkəzlərində əməliyyat tədbirləri keçiriblər.
Nəticədə, ticarət mərkəzlərinin ərazisində 82.000 ədəddən çox pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.