Sosial şəbəkədə biz:

Heydər Əliyevin məşhur cangüdəni dünyasını dəyişib

21 December 2017, 15:22
Gündəm
Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məşhur cangüdəni Aleksandr İvanov dünyasını vaxtsız dəyişib. Təcrübəli xüsusi xidmət orqanları əməkdaşı olan Aleksandr Alekseyeviç 1972-ci ildən dövlət təhlükəsizliyi sistemində çalışıb. O, Azərbaycan DTK-sının beşinci şöbəsinin 9-cu bölməsində işləyib. Həmin şöbə Siyasi Büroya namizəd, MK-nın birinci katibi Heydər Əliyevin şəxsi təhlükəsizliyinin təminatı ilə məşğul idi. Son zamanlar Aleksandr İvanov “İnterfaks-Azərbaycan” informasiya agentliyinə rəhbərlik edirdi.