Sosial şəbəkədə biz:

İranda gecə baş verən zəlzələdə 97 nəfər yaralandı, hamilə qadın öldü

21 December 2017, 15:54
Gündəm
İranda ötən gecə baş verən zəlzələ nəticəsində bir nəfər ölüb, 97 nəfər isə yaralanıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölən zəlzələdən qorxan hamilə qadın olub. 5,2 bal gücündə olan zəlzələ paytaxt Tehran yaxınlığında qeydə alınıb. Zəlzələ ocağı yerin 7 kilometr dərinliyində olub. Zəlzələ Tehran, Qəzvin, Qum, Gilyan kimi şəhərlərində də hiss olunub.