Sosial şəbəkədə biz:

Bakıda 240-a yaxın zirzəmisi sulu olan binalar mövcuddur

21 December 2017, 16:28
Gündəm
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə daxil olan şikayətlərin 30-40 faizi mənzillərdəki səs-küylə bağlı olur. "Report" xəbər verir ki, bunu Mərkəzin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, RGEM tərəfindən hər il yaşayış binalarının zirzəmilərində epidemioloji araşdırmalar aparılır: "Zirzəmilərə suların bir qismi kommunikasiya xətlərin nasazlığından, bir qismi qurunt sularından, bir qismi isə digər qarışıq sulardan daxil olur". "Son araşdırmalara görə, Bakı üzrə 240-a yaxın zirzəmisi sulu olan binalar mövcuddur. Bununla bağlı müvafiq dövlət qurumlarına ünvanlar qeyd etməklə məktublar göndərilib. Onların nəzərlərinə qeyd olunan ərazilərdə mühəndis-texniki işlərin aparılmasının vacibliyi çatdırılıb. Əgər zirzəmidə nəmişlik varsa, birinci mərtəbədə yaşayanlar arasında tənəffüs sistemi xəstəliklərinin, o cümlədən ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. Zirzəmilərdə suyun olması yolverilməzdir".