BMT-dən qərar: Qüds İsrailin paytaxtı kimi tanınmadı –128 dövlət lehinə, 8 ölkə əleyhinə çıxdı
BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb.
Bu barədə RİA "Novosti" məlumat yayıb.
Xəbərdə bildirilir ki, Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb.
Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya səs verib/Report.