Sosial şəbəkədə biz:

Ərdoğan: "Tramp öz qanunsuz qərarını ləğv etməlidir"

22 December 2017, 10:01
Gündəm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gözləyir ki, ABŞ prezidenti Donald Tramp  Qüdsün statusu üzrə BMT-nin Baş Assambleyasında səsvermənin nəticələrinə əsasən qəbul edilən qətnamədən sonra bu şəhərin İsrailin paytaxtı elan edilməsi ilə bağlı qərarını ləğv edəcək. Virtualaz.org bildirir ki, bu barədə Türkiyə lideri öz Twitter səhifəsində yazıb. "Biz BMT-nin Qüdslə bağlı böyük səs çoxluğu ilə qəbul edilmiş tarixi qətnaməsini məmnunluqla alqışlayırıq. Gözləyirik ki, Tramp administrasiyası öz uğursuz qərarını, hansının ki, qanunsuzluğu BMT Baş  Assambleyası tərəfindən dəqiq müəyyən edilib, dərhal ləğv edəcək”, - deyə Ərdoğan vurğulayıb.