Sosial şəbəkədə biz:

ABŞ-ın pul ayırdığı 5 ölkə Trampa qarşı çıxdı

22 December 2017, 10:26
Gündəm
ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, bəzi ölkələr BMT-nin Baş Assambleyasının ötən gün keçirilən xüsusi sessiyasında ABŞ-ın Qüdslə bağlı qərarını rədd edən qətnamə layihəsinin lehinə olduğunu nümayiş etdirib. ABŞ-ın maliyyə yardımı ayırdığı İraq, Əfqanıstan, Misir, İordaniya və Pakistan qətnamənin lehinə səs verməklə diqqət çəkib. Qeyd edək ki, Tramp Qüdslə bağlı ABŞ-ın mövqeyini dəstəkləməyən ölkələrə maliyyə yardımının dayandırılacağını bəyan etmişdi. Xatırladaq ki, BMT Baş Assambleyasının xüsusi sessiyasında qəbul edilən qətnamə ilə Qüds İsrailin paytaxtı kimi tanımayıb. 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib. 35 ölkə isə bitərəf qalıb. ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo qətnamənin əleyhinə çıxıb. (AzVision.az)