Sosial şəbəkədə biz:

Bu gün Masazırda “işıq” olmayacaq

22 December 2017, 10:39
Gündəm
Bu gün Masazır qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr olacaq. “Azərişıq” ASC-dən Cahanpress-ə verilən məlumata görə, 110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq dekabrın 22-də saat 12.00-dan 15.30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.