Sosial şəbəkədə biz:

Azərbaycanda meyxanaçı özünü yandırdı

22 December 2017, 13:39
Gündəm
Bu gün səhər saatlarında Neftçala rayonunda intihar hadisəsi baş verib. Azinforum.az  Virtualaz.org-a istinadən xəbər verir ki,  Bankə qəsəbəsinin sakini - el arasında meyxanaçı Şaban kimi tanınan Hüseynov Şaban Gülmirzə oğlu özünü yandıraraq intihar edib. Bildirildiyinə görə, əvvəllər o, psixi problemlərinə görə xəstəxanada müalicə alıb. Faktla bağlı araşdırmalara başlanılıb.