Sosial şəbəkədə biz:

"Azərbaycanda sənaye parklarına 2,5 mlrd. dollar investisiya qoyulub" - RƏSMİ

22 December 2017, 21:14
Gündəm
"Azərbaycanda sənaye parklarına bu vaxta qədər 2,5 mlrd. dollar investisiya qoyulub". "Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev 2017-ci ildə "Made in Azerbaijan" brendinin təşviqi və sahibkarlığın inkişafına həsr olunmuş ziyafətdə çıxış edərkən deyib. Onun sözlərinə görə, bu rəqəm gələcəkdə 3,5 mlrd. dollara çatacaq: "Sənaye parklarında, ümumilikdə, 10 mindən çox iş yeri yaradılıb. Qarşıdakı müddətdə daha 5 min iş yeri açılacaq". Nazir deyib ki, il ərzində 13 ixrac missiyası təşkil edilib: "Yaxın zamanlarda Ukraynada Azərbaycan Ticarət Evi yaradılacaq. Hazırda Belarusda belə bir ticarət evi var. Latviyada isə ticarət evi qeydiyyatdan keçib". Ş.Mustafayev ixracda artım qeydə alındığını vurğulayıb.