Sosial şəbəkədə biz:

Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası təxirə salınıb

23 December 2017, 11:20
Gündəm
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının on ikinci iclası 2018-ci il yanvarın ortalarına qədər təxirə salınıb. Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Həmin iclasın bu il dekabrın 25-də İranın Astara şəhərində keçirilməsi nəzərdə tutulurdu. Bundan başqa, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolunun və yük terminalının açılış mərasimi də 2018-c ilədək təxirə salınıb.