Sosial şəbəkədə biz:

Birinci vitse-prezidentin protokol sektorunun müdiri vəzifəsinə təyinat olub

23 December 2017, 16:07
Gündəm
Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyində yeni təyinat olub. “Report” xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini – Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edilib. Bu sərəncama qədər E.Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsini tuturdu.