Sosial şəbəkədə biz:

Azərbaycanda futbol klubu satışa çıxarıldı - 15 milyon manata

25 December 2017, 09:30
Gündəm
Ölkənin elan saytlarından birində futbol klubu satışa çıxarılıb. Azinforum.az - in “Qol.az”a istinadən məlumatına görə, elanda Abşeron rayonunda böyük bazası olan klubun bütün avadanlığı ilə birlikdə satıldığı qeyd olunub. 11 hektarlıq ərazini əhatə edən bazaya 15 milyon manat qiymət qoyulub. Ad açıqlanmasa da, həmin klubun “Bakı” klubu olduğu güman edilir.