Sosial şəbəkədə biz:

Rusiyada əhalinin 60 faizi SSRİ-nin dağılmasından təəssüflənir –SORĞU

25 December 2017, 11:03
Gündəm
Rusiyada Sovet İttifaqının dağılmasından təəssüflənənlərin sayı 2009-cu ildən bəri ən yüksək həddə çatıb. “İnterfax”ın verdiyi məlumata görə, bu, “Levada" Mərkəzi tərəfindən aparılan sorğunun nəticəsində müəyyənləşib. Sorğuda iştirak edənlərin 58 faizi SSRİ-nin dağılmasından təəssüfünü bildirib. Respondentlərin cəmi 25 faizi SSRİ-nin xiffətini çəkmir, 16 faizi isə cavab vermək istəməyib.