AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bahalaşma idxal olunan məhsullara təsirini göstərəcək. Azərbaycanda rus konfetlərinə tələbat çox olduğunu nəzərə alsaq, bahalaşma Bakıya da təsir göstərəcək. Belə ki, yanvarın 1-dən rus konfetlərinin 1 kiloqramı 17 azn-dən başlayaraq satılacaq. Bununla yanaşı, yeni rus konfetlərinin də satışa buraxılacağı deyilir. "Moskva" adlanan yeni konfetlər sufle və yumşaq karameldən ibarətdir.