Sosial şəbəkədə biz:

İstanbuldan Azərbaycana gələn avtobus aşdı, 30 yaralı var - Çoxu naxçıvanlıdır

25 December 2017, 14:05
Gündəm
İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu aşıbQəza nəticəsində 30 nəfər yaralanıb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Qarsda bu gün səhər saatlarında baş verib. 34 DY 9422 markalı avtomobilin qəzaya düşməsinə səbəb  sürücünün idarəetməni itirməsi olub. Qəzada yaralananların çoxu naxçıvanlılardır. Yaralılar Sarıkamış və Qarsdakı xəstəxanalara yerləşdiriliblər.