Sosial şəbəkədə biz:

Prezident yeni yaradılmış Agentliyə sədr təyin etdi

25 December 2017, 19:47
Gündəm
Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edib. “Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının müvafiq sərəncamına əsasən, Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib. Qeyd edək ki, bu il noyabrın 13-də prezidentin fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi təsis olunub.