AzNews.az Izvestiya-ya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti İqor Dodon məlumat verib. Dodon Dnestryanı ərazilərin federasiya çərçivəsində Moldovaya birləşməsini istisna etməyib. Onun sözlərinə görə, hazırda masa üzərində iki ssenari var: Bunlar respublikanın normal münasibətlərə qayıtmasına kömək edəcək. Ölkə prezidenti Moldovanın Avrointeqrasiyaya qoşulmayacağını bəyan edib. O, əlavə edib ki, rumın dili heç vaxt dövlət dili olmayacaq.