Sosial şəbəkədə biz:

Rövnəq Abdullayev və Mədət Quliyev cüdo üzrə Azərbaycan çempionatının açılışında

26 December 2017, 16:17
Gündəm
Bakı İdman Sarayında kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib. Virtualaz.org-un məlumatına görə, açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər. R.Abdullayev Azərbaycan çempionatını açıq elan edib. Qeyd edək ki, çempionatda 55 komandadan 456 nümayəndə çıxış edəcək – 395 cüdoçu kişi və 61 cüdoçu qadın. Azərbaycan çempionatı dekabrın 28-dək davam edəcək.