Sosial şəbəkədə biz:

“Tbilisidəki Azərbaycan teatrı üçün iki yerdə torpaq sahəsi təklif olunub” –Gürcü nazir

26 December 2017, 22:28
Gündəm
Tbilisidəki Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının yeni binası üçün iki yerdə torpaq sahəsi təklif olunub. Bu barədə Gürcüstanın mədəniyyət və idman naziri Mixeil Giorqadze deyib. O bildirib ki, torpaq sahələri teatrın hazırda olduğu yerə yaxın yerləşir:"Azərbaycan tərəfinin hansı sahəni seçəcəyi ilə bağlı qərarını gözləyirik. Teatr üçün yeni binanın tikilməsi ilə bağlı öhdəliyi SOCAR şirkəti öz üzərinə götürüb". APA