Təyyarə 4 saatdan sonra geri qayıtdı - Bir səhvə görə
Yaponiyanın “All Nippon Airways” şirkətinə məxsus təyyarə Los-Ancelesdən Tokioya uçuş həyata keçirən zaman geri qayıtmalı olub.
Trend-in məlumatına görə, buna sərnişinlərdən birinin reysi səhv salması səbəb olub.
Qeyd olunur ki, həmin şəxsin yanlışlıqla bu təyyarəyə minməsi məlum olduqdan sonra pilot təhlükəsizlik məqsədilə təyyarəni geri qaytarmaq qərarına gəlib.