Türkiyədə məktəbdə silahlı insident: 7 nəfər yaralandı
Türkiyənin Qaziantəp şəhərində naməlum şəxs məktəbin həyətində tüfəngdən atəş açıb.
APA-nın verdiyi xəbərə görə, insident nəticəsində 5-i şagird olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.
Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.