Sosial şəbəkədə biz:

Daha bir alıcı Hyundai Accent qazandı - Fotolar

28 December 2017, 13:31
Gündəm
Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biri olan Baku Electronics tərəfindən keçirilən “Real şans, real hədiyyə” kampaniyasında daha bir bəxtəvər alıcı alış-veriş edərkən avtomobil qazanıb. "Qafqazinfo" xəbər verir ki, Bakı sakini Fəridə Dadaşova Əhmədlidə yerləşən Baku Electronics mağazasında mobil telefon alarkən xoş hadisə ilə rastlaşıb – “Real şans, real hədiyyə” kampaniyasında bəxtinə avtomobil düşüb. Avtomobilin udulma anı mağazanın təhlükəsizlik kamerasına belə düşüb: https://youtu.be/P8sm0xmwx2o “Real şans, real hədiyyə” stimullaşdırıcı lotereyasında 8 Hyundai Accent oynanılır. Bu, udulmuş 3-cü avtomobildir və daha 5 avtomobil isə hələ öz bəxtəvər alıcısını gözləyir. Maşınla yanaşı bu kampaniyada 50 mindən çox digər hədiyyələr, o cümlədən onlarla iPhone-8, soyuducu, paltaryuyan, televizor udmaq şansı var. Kampaniyada iştirak etmək üçün sadəcə 200 manat üzərində istənilən əşyanı həm nağd, həm də hissə-hissə ödəməklə almaq kifayətdir. Uduşlu lotereya 16 yanvar tarixindədək davam edəcək. Ətraflı məlumat üçün: www.bakuelectronics.az/realsans