Sosial şəbəkədə biz:

Prezidentdən Milli Qəhrəmanın həyat yoldaşı ilə bağlı - Sərəncam

29 December 2017, 09:29
Gündəm
Prezident İlham Əliyevin sərəncamı ilə millət vəkili Flora Qasımova “Şöhrət” ordeni ilə təltif edilib.  “Qafqazinfo” xəbər verir ki, Flora Qasımova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub. Qeyd edək ki, Flora Qasımova 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilib. O, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin xanımıdır.