Sosial şəbəkədə biz:

Milli Parkda atəşfəşanlıq olacaq

29 December 2017, 11:00
Gündəm
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2018-ci il münasibətilə Dənizkənarı Milli Parkda dekabrın 31-də möhtəşəm atəşfəşanlıq təşkil olunacaq. Bu barədə virtualaz.org-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Şəhər icra hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Dənizkənarı Milli Parka dəvət edir.