Sosial şəbəkədə biz:

“Neftçi”nin futbolçusu Türkiyə klubuna keçə bilər

01 January 2018, 10:43
Gündəm
“Neftçi”nin müdafiəçisi Kirill Petrov karyerasını Türkiyədə davam etdirə bilər. Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, birinci liqa təmsilçisi “Giresunspor” heyətinə yeni təcrübəli futbolçular cəlb etmək niyyətindədir. Onlardan biri də 27 yaşlı müdafiəçi Petrovdur. Qeyd edək ki, ukraynalı oyunçu bu mövsüm “Neftçi”də 13 matçda meydana çıxıb və 1 qol vurub.