Sosial şəbəkədə biz:

Yevlax sakini Yeni il gecəsi 17 yaşlı nişanlısını bıçaqlayıb

01 January 2018, 17:37
Gündəm
Yanvarın 1-nə keçən gecə Yevlaxda bıçaqlanma hadisəsi baş verib. "Report” xəbər verir ki, 2000-ci il təvəllüdlü rayon sakini Rəfiqə Qasımova bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Əldə edilən məlumata əsasən, R.Qasımova qısqanclıq və mübahisə zəminində nişanlısı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.