Sosial şəbəkədə biz:

Naxçıvan Ali Məhkəməsinin hakiminin səlahiyyət müddəti uzadıldı

01 January 2018, 19:05
Gündəm
Milli Məclisin sədri Oqtay Əsədov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında qərar imzalayıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən bu vəzifəyə 2018-ci il yanvarın 22-də səlahiyyət müddəti bitəcək Qabil Neymət oğlu Məmmədov təyin edilib. Qərar 2018-ci il yanvarın 22-də qüvvəyə minir. Qeyd edək ki, 46 yaşlı Q.Məmmədov 2010-cu ildə Ali Məhkəmədən vəzifəsini icra edir.