Sosial şəbəkədə biz:

Xırdalanda mənzildə 11-ci sinifdə oxuyan qızın meyiti tapılıb

01 January 2018, 21:34
Gündəm
Abşeronda 11-ci sinif şagirdinin meyiti yaşadığı evdə tapılıb. "Report" xəbər verir ki, Xırdalan şəhər, Misir-Ərəb təmayüllü 9 saylı tam orta məktəbin 11a sinfinin İlahə adlı şagirdi yaşadığı evdə ölü halda tapılıb. Onun meyitini yaxınları aşkarlayıblar. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.