Sosial şəbəkədə biz:

İran Təhlükəsizlik Şurası: "Etirazlar bir neçə gündən sonra başa çatacaq"

02 January 2018, 11:15
Gündəm
İrandakı etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı dayanır. Trend-in məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani deyib. O qeyd edib ki, həmin ölkələr sosial şəbəkələrdə etiraz aksiyalarının keçirilməsi ilə bağlı aparılan kampaniyaya rəhbərlik edirlər: "Bizim təhlillərimizə əsasən, İran əleyhinə yeni "heşteq"lərin 27 faizi Səudiyyə rəhbərliyi tərəfindən yaradılıb". Ə.Şamhani etirazların bir neçə gündən sonra başa çatacağını bildirib. Qeyd edək ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 10 nəfərin öldüyü bildirilir.