Sosial şəbəkədə biz:

İran və Azərbaycan avtomobil istehsalına başlayır – İldə 10 min ədəd

03 January 2018, 12:27
Gündəm
Azərbaycan və İran yaxın vaxtlarda beş avtomobil markasının istehsalına start verəcək. AzVision.az “İRNA”-ya istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə bildirib. Ticarət attaşesinin sözlərinə görə, avtomobillərin birgə istehsalına 2018-ci ilin martında başlanılacaq. Nağızadə qeyd edib ki, İranın “Iran Khodro” və Azərbaycanın “AZMAŞ” şirkətləri avtomobillərin istehsalına 2018-ci ilin martında başlayacaq: “Birgə müəssisənin illik istehsal gücü təxminən 10 min avtomobil olacaq. İlkin mərhələdə şirkət 3 min, ikinci mərhələdə isə 5 min avtomobil istehsal etməyi planlaşdırır”.