Sosial şəbəkədə biz:

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi formalaşdırılıb - Yeni təyinatlar

03 January 2018, 12:48
Gündəm
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi formalaşdırılıb. “APA-Economic” xəbər verir ki, Saleh Məmmədov Agentliyin İdarə Heyətinin sədri, Əvəz Qocayev və Hüsnü Quliyev isə sədr mavinləri təyin olunub. Qeyd edək ki, 2017-ci il oktyabrın 18-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “Azəravtoyol” ASC “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilib.