Sosial şəbəkədə biz:

Bayram günləri yol qəzalarında 6 nəfər ölüb, 32 nəfər xəsarət alıb - DYP

03 January 2018, 12:51
Gündəm
Bayram günlərində Azərbaycan ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, son 3 gündə respublikanın avtomobil yollarında 25 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 32 nəfər xəsarət alıb. Qeydə alının qəzalardan 4-ü Bakı şəhərində baş verib. Həmin qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.