Sosial şəbəkədə biz:

“Qarabağ” Türkiyədə 6 oyun keçirəcək

03 January 2018, 21:39
Gündəm
“Qarabağ” futbol klubunun Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi oyunlarda rəqibləri məlum olub. Azinforum.az klubun “Facebook”dakı rəsmi səhifəsində yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, Ağdam təmsilçisi Türkiyədə 6 yoxlama matçında gücünü sınayacaq. Komandamızın rəqibləri isə bunlardır: 17 yanvar – “Kuban” (Krasnodar, Rusiya) 20 yanvar – “Lexiya” (Qdansk, Polşa) 25 yanvar – “Şkupi” (Skopye, Makedoniya) 25 yanvar – “Mariupol” (Mariupol, Ukrayna) (maraqlıdır ki, bir günə iki oyun təyin olunub) 29 yanvar – “Sarayevo” (Sarayevo, Bosniya və Herseqovina) 3 fevral – “Mladost” (Podqoritsa, Monteneqro) “Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışı yanvarın 9-da başlayacaq və fevralın 4-də sona çatacaq.