Sosial şəbəkədə biz:

İran hökuməti ölkədə iğtişaşların başa çatdığını bəyan edib

03 January 2018, 23:37
Gündəm
İranda baş verən iğtişaşlar yanvarın 3-də nümayişçilər üçün uğursuz nəticə ilə başa çatıb. “Report” xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri deyib. O bildirib ki, bütün ölkə üzrə etiraz edənlərin sayı 15 min nəfərdən çox olmayıb. Cəfəri, həmçinin ABŞ, İsrail və Səudiyyə Ərəbistanını İŞİD terror qruplaşması yaraqlılarının İran ərazisinə keçirilməsinə cəhddə ittiham edib.